• $
  • €
  • ₽
  • ₺
  • £

"Windows 10" sisteminin payı 25 faizədək artıb

"Windows 10" sisteminin payı 25 faizədək artıb
29.05.2020 11:43
"Microsoft” korporasiyasının "Windows 10” əməliyyat sisteminin payı ilk dəfə olaraq 25 faiz səviyyəsinə yaxınlaşıb. Bu barədə "NetMarketShare” şirkətinin hesabatında deyilir. Bununla belə, liderlik dünya üzrə fərdi kompüterlərin 48,2 faizində quraşdırılan "Windows 7” sisteminə məxsusdur.

"ICTnews” "DNI24” resursuna istinadən yazır ki, ötən il ərzində nisbətən köhnəlmiş "Windows 7” sisteminin populyarlığında 1,7 faizlik artım qeydə alınıb, kompüterlərin təxminən 9 faizi isə hələ də 15 il əvvəl işıq üzü görən "Windows XP” sisteminin idarəetməsi ilə işləyir.

Bundan başqa, "Steam” oyun servisi əməliyyat sistemlərinin versiyaları üzrə məlumatların yer aldığı hesabat təqdim edib. Şirkətin məlumatına görə, 1,5 il ərzində "Windows 10” servis istifadəçilərinin kompüterlərinin 50 faizində quraşdırılıb. Eyni zamanda ikinci yeri "Steam” istifadəçilərinin fərdi kompüterlərinin 34 faizində quraşdırılan "Windows 7” sistemi tutub.

Bildirilir ki, yaxın vaxtlarda "Windows 10” istifadəçilərinə oyun rejiminin əlavə ediləcəyi böyük sistem yenilənməsi təklif olunacaq. Bu, oyunun işə salınması zamanı sistemin bütün resurslarını bölüşdürməyə imkan verəcək ki, bu da daha yaxşı məhsuldarlığı təmin edəcək.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol