Smartfondan nazik olan televizor - FOTOLAR

Çinin "Xiaomi” şirkəti Las Veqasda keçirilən "CES 2017” beynəlxalq elektronika sərgisində "Mi TV 4” adlı yeni televizorunu təqdim edib.
İKT.lent.az-ın xəbərinə görə, yeni məhsulun əsas özəlliyi çox nazik və çərçivəsiz korpusa malik olmasıdır. Televizorun qalınlığı cəmi 4,9 millimetr təşkil edir ki, bu da müasir smartfonlardan, o cümlədən "iPhone”dan daha nazikdir.
Yeni məhsul qeyri-adi konstruksiyaya malikdir. Audio blok, ana plata və qoşulma yerləri ayrıca təqdim olunur. Bu, onun üçündür ki, alıcı yeni televizoru almaq əvəzinə, bu yolla (TV Bar) öz köhnə televizorunu yeniləməyə üstünlük verə bilər.
"Bizim "ağıllı” TV yaradılması işində ən böyük innovasiyamız modul televizorların hazırlanması yoludur”, - deyə şirkət nümayəndəsi Hüqo Barra bildirib.
Yeni televizorun qiyməti 2 min dollardan azdır. Bu isə öz analoqları ilə rəqabətdə "Mi TV 4”ə əlavə üstünlük verir.

www.ann.az
























