Avropada qrip epidemiyası artır

Yeni ildən bu günə qədər Çexiyada yayılan kəskin respirator viruslar nəticəsində 12 nəfər ölüb.
ANN.Az xəbər verir ki, Çexiya səhiyyə nazirliyindən verilən məlumata görə, qrip yeni ilin ilk günlərindən başlayıb və qısa müddətdə bütün ölkəyə yayılıb.
Nəticəsində paytaxt Praqada 2 nəfər ölüb. Ölkənin cənub-şərqində isə ağır xəstələrin sayı 50-ə çatıb. Nazirlikdən verilən açıqlamada həmçinin qeyd edilib ki, qripə qarşı dərman ixracatının dayandırılması ilə bağlı qərar qəbul olunub.
Şəbnəm Cavadzadə
www.ann.az
























