• $
  • €
  • ₽
  • ₺
  • £

“Windows 10” kompüteri avtomatik bağlayacaq

“Windows 10” kompüteri avtomatik bağlayacaq
13.01.2017 22:08
"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminə istifadəçi fərdi kompüterdən uzaqlaşanda onu avtomatik bloklamağa imkan verəcək "Dynamic Lock" adlanan funksiya üzərində çalışır.

"ICTnews" Elektron Xəbər Xidməti "Macdigger" resursuna istinadən yazır ki, funksiya yeni sınaq "Windows 10 Microsoft" quraşdırmasında yer alıb. Əməliyyat sistemi istifadəçinin iş yerini tərk etməsini aşkarladığı halda kompüteri avtomatik bağlayan "Dynamic Lock" funksiyasının adının gələcəkdə "Windows Goodbye" olacağı ehtimal edilir.

Hazırda istifadəçinin kompüterin qarşısını tərk etməsinin necə müəyyənləşdirilməsi barədə məlumat verilmir. Bu, yaxınlaşma ötürücülərinə əsaslanma və ya kompüterin istifadəçiyə "Windows Hello" vasitələri ilə quraşdırılmış kamera ilə nəzarət edəcəyilə mümkündür.

Funksiyanın kompüterdə məxfi informasiya saxlayan və tez-tez ondan uzaqlaşan ofis işçiləri üçün faydalı olacağı bildirilir.  

"Dynamic Lock" funksiyasının təqdim edilməsi bu ilin aprelində gözlənilən gələcək "Windows 10 Creators Update" yenilənməsinin tərkib hissəsi olacağı gözlənilir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol