Dünyanın ən innovativ şirkətləri - SİYAHI

"Boston Consulting Group” mütəxəssis qrupu dünyanın müxtəlif şirkətlərinin 1 500-ə yaxın rəhbəri arasında sorğu keçirərək araşdırma aparıb.
İKT.lent.az-ın "vladtime.ru” saytına istinadən məlumatına görə, sorğunun nəticələrinə əsasən elektron və hesablama cihazlarının istehsalında ən innovativ hesab olunan şirkətlərin reytinqi tərtib edilib.
Qaliblərin ilk dördlüyü ötən illə müqayisədə dəyişilməz qalıb. Bu, "Apple”, "Google”, "Tesla Motors” və "Microsoft” şirkətləridir. Beşinci yerdə "Amazon” internet resursu qərarlaşıb ki, bir il öncə doqquzuncu yerlə kifayətlənirdi.
Həmçinin liderlərin onluğuna "Facebook” və "Netflix” şirkətləri də daxil edilib ki, onlar da doqquzuncu və altıncı yerləri tuturlar. Onuncu mövqedə İBM şirkəti qərarlaşıb.
Daha bir maraqlı fakt da qeyd edilib. Çinin gənc "Xaomi” şirkəti 11 mövqe üzrə adlı-sanlı "Huawei” şirkətini qabaqlaya bilib. Bununla belə, şirkət 35-ci yeri tutub.
www.ann.az
























