• $
  • €
  • ₽
  • ₺
  • £

İrandan ABŞ-a XƏBƏRDARLIQ

İrandan ABŞ-a XƏBƏRDARLIQ
15.01.2017 23:32
"ABŞ prezidenti Planı bir kənara qoymaq üçün qərar qəbul edərsə, baş verənlərlə görə məsuliyyəti özü daşımalıdır”

Əgər ABŞ-ın yeni hökuməti Hərtərəfli Birgə Fəaliyyət Planını (HBFP) icra etməzsə, İran tez bir zamanda nüvə fəaliyyətlərini əvvəlki formada davam etdirəcək.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İranın xarici işlər nazirinin beynəlxalq və hüquq məsələləri üzrə müavini Abbas Əraqçi keçirdiyi mətbuat konfransında deyib.
 
A.Əraqçi deyib ki, ABŞ-ın yeni hökumətiylə HBFP ilə bağlı heç bir müzakirə aparılmayacaq: "HBFP İranla 6 ölkə və Avropa Birliyi ilə imzalanmış çoxtərəfli razılaşmadır.  ABŞ prezidenti Planı bir kənara qoymaq üçün qərar qəbul edərsə, bu onun öz işidir və bundan sonra baş verənlərlə görə də məsuliyyəti özü daşımalıdır. HBFP ilə bağlı heç bir yeni müzakirə aparılmayacaq. Əgər Onlar bu planı cıraracaqlarsa, İran bu planı yandıracaq.  Əmin olun, HBFP təzyiqlərlə birgə icra olunmayacaq. Bu Planın icrasına dair öhdəlik xoş niyyətlik atmosferində baş tutacaq, təzyiqlərlə deyil. Təzyiqlər və sanksiyalar olarsa, bu öhdəliyin icra olunmaması anlamında olacaq”.
 
A.Əraqçi deyib ki, İranın ABŞ ilə nüvə müzakirələri başa çatıb və danışıqlar bundan sonra HBFP-nin icrasi ilə bağlı bəzi texniki məsələlərə dair olacaq. "İranın nüvə fəaliyyətləri tamamilə  qanunidir və davam edir.  Bu gün uranın zənginləşdirilməsi və uranın zənginləşdirilməsi sahəsində  araşdırma prosesi qabaqcıl texnologiya ilə davam etdirilir. Uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar hazırda test olunur və MAQATE ilə əldə olunan proqrama əsasən  15 il ərzində  İran sənaye zənginləşdirilməsi mərhələsinə çatacaq”.
 
A.Əraqçinin sözlərinə görə, Ərak nüvə reaktoru hazırda modernləşdirilir. "Ərak reaktoru modernləşdirlir və daha inkişaf etmiş reaktor quraşdırılacaq. İranın nüvə proqramı  dəqiq hesablanmış cədvəl üzrə inkişaf etdirilir”.
 
İranın xarici işlər nazirinin müavini deyib ki, HBFP-nin icrasından sonra ötən bir il ərzində İran beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə kimi deyil, bəlkə yeni bir simada tanınıb. "ABŞ və İranın  düşmənləri İranın sülhyönümlü nüvə proqramından sui-istifadə edərək ölkəmizi beynəlxalq aləm üçün təhlükə kimi göstərirdilər. Deyirdilər ki, İran nüvə silahı əldə etmək istəyir və səs-küy salırdılar. Lakin HBFP-dən sonra bu səs-küy yatdı”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol