Təyyarə qəzasında ölənlərin sayı 35-ə çatdı - FOTOLAR - YENİLƏNİB

Türkiyə təyyarəsinin Qırğız Respublikasının paytaxtı Bişkekdə qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfər çatıb.
"Report” AKİpress-ə istinadən xəbər verir ki, bunu Qırğız Respublikasının fövqəladə hallar naziri Kutabek Boronov bildirib.
Ölkənin Nəqliyyat Nazirliyi qəzaya uğrayan yük təyyarəsinin mərkəzi ofisi İstanbulda yerləşən "ACT” Hava Yolları yükddaşıma şirkətinə aid olduğu bəyan edilib.
Qırğız Respublikası baş nazirinin müavini Muhambetkalıy Abulkaziyevin sözlərinə görə, təyyarə Honk-Konq-Bişkek-İstanbul reysi üzrə uçurmuş.
***
Qırğızıstanın "Manas" Beynəlxalq Hava Limanı "Türkiyə Hava Yolları"na məxsus "Boeing 747" tipli yük təyyarəsinin Bişkekdə qəzaya uğraması səbəbindən bağlanıb.
ANN.Az Report-a istinadən xəbər verir ki, bu barədə hava limanının saytında məlumat yerləşdirilib.
Məlumata görə, hava limanı təyyarələri nə qəbul edir, nə də buraxır. Qəza nəticəsində ən azı 15 nəfərin həyatını itirdiyi bildirilir.
www.ann.az
























