Ermənistan əsgəri hərbçi yoldaşını güllələdi

Erməni silahlı bölmələrində intizamsızlıq nəticəsində növbəti cinayət hadisəsi baş verib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, sıravi əsgər Qurgen Sarkisyan əsgər yoldaşı olan kiçik çavuş tərəfindən güllələnib.
Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, ilkin məlumatlara görə, əsgər Q.Sarkisyan yanvarın 16-da təqribən saat 23:55-də qulluq etdiyi N saylı hərbi hissənin döyüş mövqeyində güllələnib.
Q.Sarkisyanın vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin silahdan istifadə qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanılıb.
www.ann.az
























