• $
  • €
  • ₽
  • ₺
  • £

"Airbus"dan yeni layihə - Uçan avtomobil

"Airbus"dan yeni layihə - Uçan avtomobil
17.01.2017 20:00
Avropanın və dünyanın məşhur aviaşirkətlərindən olan "Airbus” konserni bu ilin sonuna qədər avtopilot rejiminə malik uçan avtomobilin sınaqlarını keçirməyi planlaşdırır.
 
İKT.lent.az-ın "Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə "Airbus Group”un icraçı direktoru Tom Enders Münhendə keçirilən konfransda bildirib.
 
Ötən il şirkət kiçik ölçülü uçan maşınların layihələndirilməsi ilə məşğul olan xüsusi bölmə (Urban Air Mobility) yaradıb. Proqramın yekun məqsədi bu cür maşınların mobil əlavənin köməyi ilə icarəsi sistemini yaratmaqdır.
 
"Yüz ilə əvvəl şəhər nəqliyyatı yerin altına endi, indi isə biz onu havaya qaldırmağa imkan verən texnoloji vasitələrə sahibik”, - deyə T. Enders söyləyib. O qeyd edib ki, hazırda layihə eksperimental mərhələdədir, lakin şirkət bu işə çox ciddi yanaşır və bu tip texnologiyaların ekologiyaya zərər vurmamasının vacibliyini də anlayır.
 
T. Endersin sözlərinə görə, uçan avtomobillərin yaradılması şəhər infrastrukturuna qoyulan xərcləri azaltmağa imkan verəcək, çünki hava nəqliyyatı yol və körpülər salmağı tələb etmir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol