Rusiyadan ABŞ-a danışıq dəvəti

Rusiya ABŞ-ı Astanada keçiriləcək Suriya böhranı üzrə danışıqlara dəvət edib.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə RF xarici işlər naziri Sergey Lavrov bildirib. S.Lavrov jurnalistlərin "Rusiya ABŞ-ı hansı şərtlərlə Suriya danışıqlarına dəvər edəcək" sualına cavabında deyib:
"Artıq dəvət etmişik".
Qeyd edək ki, Astanada Suriya münaqişəsi ilə bağlı danışıqlar yanvarın 23-də keçiriləcək.
www.ann.az
























