• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook”da boşluq gizli telefon nömrələrini öyrənməyə imkan verir

“Facebook”da boşluq gizli telefon nömrələrini öyrənməyə imkan verir
19.01.2017 20:53
Belçikalı tədqiqatçı İnti De Kekelayre "Facebook” sosial şəbəkəsi istifadəçilərinin gizli mobil telefon nömrələrini ələ keçirməyə imkan verən yeni üsul aşkarlamasını bildirib.

"ICTnews” Elektron Xəbər Xidməti "SecurityLab” resursuna istinadən yazır ki, ekspertin sözlərinə görə, o, sosial şəbəkə istifadəçisinin profili ilə əlaqədar nömrələri analiz etməklə tanınmış şəxslərin, o cümlədən siyasi xadimlərin telefon nömrələrini asanlıqla müəyyənləşdirə bilir. Qeyd edilməlidir ki, bu nömrələr digər istifadəçilərin görə bilmədiyi məxfi informasiyaya aiddir. Aşkar edilən metod vasitəsilə De Kekelayre Belçika daxili işlər naziri Jan Jambonun nömrəsini əldə etməyə nail olub.

Məlumata görə, ekspert problem barədə "Facebook” şirkətini iki dəfə məlumatlandırsa da, şirkət nümayəndələrinin fikrincə, bu, boşluq yox, funksiyadır. Bunun üçün istifadəçinin mobil telefon nömrəsi və ya elektron poçt ünvanına görə axtarışa nəzarəti necə həyata keçirməyi izah edən sənədlər əsas kimi göstərilib. Bununla belə, tədqiqatçı qeyd edib ki, yaranmış vəziyyət məxfilik üçün ciddi təhlükə törədir, çünki söhbət geniş kütlənin baxması üçün qadağan olunmuş nömrələrdən gedir.

Yeni olmayan problem barədə ilk dəfə 2012-ci ildə məlum olub. O vaxtdan "Facebook” məxfilik funksiyalarını modifikasiya edib, lakin görünən odur ki, boşluq tam aradan qaldırılmayıb. Belçikalı tədqiqatçı aşkarladığı üsulun necə işləməsi barədə ətraflı məlumat verməsə də, sosial şəbəkənin vəziyyəti yoluna qoymayacağı təqdirdə informasiyanı açıqlayacağını vəd edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol