• $
  • €
  • ₽
  • ₺
  • £

Roma Papası Avropada populizmin güclənməsini Hitlerlə müqayisə edib

Roma Papası Avropada populizmin güclənməsini Hitlerlə müqayisə edib
22.01.2017 17:13
Roma Papası Fransisk hazırda Avropada populist cərəyanların möhkəmlənməsi və Avropada 1930-cü illərin əvvəlində baş verən tarixi hadisələr arasında paralellər görür.
 
APA-nın İspaniyanın "El Paris” qəzetinə istinadən verdiyi məlumata görə, Roma Papası Hitlerin hakimiyyəti qəsb etmədiyini, xalq tərəfindən seçildiyini və öz xalqına böyük faciələr gətirdiyini bildirib.
 
Papa Fransisk deyib ki, böhran dövrlərində sağlam düşünə bilmirik, populist vədlər verən xarizmatik liderlər ortaya çıxır: "Bu liderlər də vədlərini yerinə yetirə bilmirlər. İnsanlar divarlarla, maneələrlə özləri, milli dəyərləri üçün təhlükəli saydıqlarından qorunmağa çalışırlar. Ölkələrin terrorizm təhlükəsi ilə bağlı sərhədlərini qorumalıdırlar, ancaq heç bir ölkə öz vətəndaşlarının qonşularla dialoqunu aradan qaldırmaq səlahiyyətinə malik deyil ”.
 
Roma Papası Avropanı qaçqınların inteqrasiyasına daha çox diqqət ayırmağa çağırıb: "Əks halda Avropa cəmiyyətini yeni gettoların formalaşması təhlükəsi təhdid edir. Brüsselin Molenbek kommunasında əsasən Afrika ölkələrindən gələnlərin məskunlaşdığı belə bir getto artıq var”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol