100-ə yaxın reys təxirə salındı

Londonun Hitrou hava limanında güclü duman əlverişsiz görünmə dərəcəsi yaradıb.
ANN.Az-ın Trend-ə istinadən məlumatına görə, bununla əlaqədar 100-ə yaxın aviareys təxirə salınıb. Aeroport rəhbərliyi sərnişinlərə gün ərzində hava limanına gəlməzdən əvvəl uçuşlar barədə məlumatları yoxlamağı məsləhət görür.
Digər reyslərin də təxirə salınacağı istisna olunmur.
www.ann.az
























