• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ "Yahoo" barədə təhqiqat aparır

ABŞ "Yahoo" barədə təhqiqat aparır
23.01.2017 20:02
ABŞ dövlət orqanları istifadəçilərə aid şəxsi məlumatların yayılması ilə əlaqədar 2 faktla bağlı "Yahoo” barədə təhqiqat aparır.
 
İKT.lent.az-ın "The Wall Street Journal”  nəşrinə istinadən verdiyi xəbərə görə, təhqiqatı aparan ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə Federal Komissiyası ötən ilin dekabrında "Yahoo”dan müvafiq sənədlər tələb edib. Komissiya şirkətin qanunazidd hərəkət edib-etmədiyini müəyyənləşdirmək istəyir. Komissiya hesab edir ki, şirkət məlumatların internetə sızması və kibertəhlükəsizlik sahəsində problemlə bağlı dərhal sərmayədarları xəbərdar etməli idi.   
 
Təhqiqat 2014-cü ildə 500 milyon istifadəçinin şəxsi məlumatlarının hakerlər tərəfindən ələ keçirilməsi ilə bağlıdır. Lakin şirkət bu barədə informasiyanı  2016-cı ilin sentyabrında açıqlayıb. "Yahoo” bu faktı 2 il gizlətməsinin səbəbini izah etməyib. Daha bir analoji hadisə 2013-cü ildə baş verib və təxminən 1 milyard istifadəçiyə aid məlumatlar internetə sızıb.
 
Qeyd edək ki, "Yahoo”nu 4,83 milyard dollara satın almaq üçün razılaşan "Verizon”un istifadəçi bilgilərinin iri miqyaslı sızıntısı ilə əlaqədar sövdələşmədən vaz keçə biləcəyi barədə xəbər yayılıb. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol