Çavuşoğlu və Lavrov Astana danışıqlarını müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Suriya üzrə Astana danışıqlarını müzakirə edib.
Bu barədə RİA "Novosti" Ankaradakı mənbəyə istinadən məlumat yayıb. Tərəflər Astanada aparılan danışıqların gedişini telefonla müzakirə ediblər.
Qeyd edək ki, Astanada Rusiya, Türkiyə və İranın təşəbbüsü ilə rəsmi Dəməşqlə Suriya müxalifəti arasında müzakirələr aparılır. Görüş ötən gün başlayıb. //APA
www.ann.az
























