ABŞ Dövlət Departamenti vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Türkiyənin cənub-şərq bölgəsinə səyahət etməməyi məsləhət görüb.
"Report” DHA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında xəbərdarlıq yayıb. Məlumata görə, departament dövlət məmurlarına İstanbul və Türkiyənin cənub-şərq bölgəsinə edəcəkləri rəsmi səfərlərə məhdudiyyət qoyulmasını məsləhət görüb.
Xəbərdə bildirilib ki, qurum bu xəbərdarlığı Türkiyədə edilən terror hücumları ilə əlaqələndirib.
www.ann.az
























