5 dəqiqədə 250 min ədəd satılan smartfon

Çinin "Xiaomi” şirkətinin istehsal etdiyi yeni "Redmi Note 4” smartfonu Hindistanda böyük maraqla qarşılanıb.
İKT.lent.az-ın xəbərinə görə, "Redmi Note 4” Hindistanda ən sürətlə satılan smartfon kimi tarixə düşüb. Belə ki, satışa çıxarıldığı 5 dəqiqə ərzində 250 min ədəd smartfon satılıb. Xatırladaq ki, ötən il bu ölkədə 3,6 milyon ədəd "Redmi Note 3” satılmışdı.
"Redmi Note 4” 5,5 ölçülü "Full HD İPS” ekran, "Qualcomm Snapdragon 625” prosessoru, "Adreno 506” qrafik prosessoru, 13 meqapiksel arxa və 5 meqapiksel ön kamera, 4100 mAs batareya, mikro SD kart dəstəyi, Hi-Fi səs dəstəyi, LTE funksiyaları ilə təchiz edilib.
Qiymətlər cihazın yaddaş həcmindən asılı olaraq 165 dollar və 190 dollardır.
www.ann.az
























