• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlər insan dərisi çap edən “3D” printer yaradıblar

Alimlər insan dərisi çap edən “3D” printer yaradıblar
27.01.2017 23:59
İspaniyalı alimlər insan dərisi çap edən bioprinter nümayiş etdiriblər.

III Karlos adına Madrid Universiteti, Enerji, Ətraf Mühit və Texnologiyalar üzrə Araşdırma Mərkəzi, həmçinin Qreqorio Maranyon adına  Madrid Universitet hospitalından olan alimlər qrupu bioloji materiallar çap edən "3D” printer düzəldiblər. Araşdırmalara görə, əldə edilmiş dəri tamamilə funksionaldır, tibb və transplantasiyada tətbiq oluna, həmçinin kosmetik məhsul və məişət kimyasının sınaqlarında istifadə edilə bilər.

"ICTnews” Elektron Xəbər Xidməti "ria.ru” saytına istinadən yazır ki, süni insan dərisi biomürəkkəbin köməyi ilə yaradılır. Süni dəri əsl insan dərisinin quruluşunu təkrarlayaraq lay-lay çap olunur.

Çap edilmiş dəri insan dərisində olduğu kimi, epiderma və dermadan ibarətdir, bioloji cəhətdən aktivdir və dəriyə elastiklik verən kollageni özü ifraz edir. Alimlər bildiriblər ki, çap üçün konkret insanın bioloji materialından istifadə edildiyi halda qısa müddətdə transplantasiya üçün yararlı dəri yaratmaq olar.
 
Süni dərinin hazırlanmasında iştirak etmiş "BioDan Group” firması məhsulu bazara çıxarmağı planlaşdırır.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol