Ötən il Almaniya qaçqınlara 27 milyard avro xərcləyib

Ötən il Almaniyada qaçqınların yerləşdirilməsi və inteqrasiyası üçün dövlət büdcədən təxminən 27 milyard avro xərclənib.
www.ann.az
"Report” TASS-a istinadən xəbər verir ki, bu haqda Almaniya Maliyyə Nazirliyinin yanvarın 27-də yayılan hesabatında bildirilib.
Məlumata görə, bu sahəyə 2017-ci il üçün 21,3 milyard avro ayrılıb.
Xəbərə görə, 2016-cı ildə Almaniyaya 305 min qaçqın sığınıb. Bu rəqəm 2015-ci ildəkindən 3 dəfə azdır.
Almaniya Federal Statistika qurmunun yaydığı məlumata əsasən, miqrantların hesabına 2016-cı ildə ölkə əhalisinin sayı 82,8 milyon nəfərə çatıb.
www.ann.az
























