• $
  • €
  • ₽
  • ₺
  • £

“Samsung” bazardakı payını itirəcək

“Samsung” bazardakı payını itirəcək
27.01.2017 20:07
2016-cı ildə dünya üzrə istehsal edilmiş smartfonların sayı 4,7% artaraq 1,36 mlrd. ədəd olub. 

Fins.az-ın verdiyi xəbərə əsasən, bu barədə "TrendForce” analitik şirkətinin ekspertləri bildirib. 

Onların sözlərinə görə, 2016-cı ildə "Samsung” şirkəti "Galaxy Note 7” modeli ilə bağlı uğursuzluğa düçar olsa da (3,3% azalma), smartfon bazarında liderliyini qoruyub saxlaya bilib. 

Qeyd edək ki, ötən il Cənubi Koreya şirkəti üçün çox çətin keçib. "Galaxy Note 7” smartfonlarının akkamulyatorlarında olan nasazlıq səbəbindən "Samsung" planlaşdırıldığı tədarük həcminə nail ola, bazardakı payının azalmasının qarşısını ala bilməyib. Belə ki, şirkətin 2014-cü ildə qlobal smartfon bazarına tədarükü 28% olduğu halda, 2015-ci ildə bu göstərici azalaraq 24,7%, 2016-cı ildə isə 22,8% təşkil edib.

Yaranmış vəziyyət rəqbiblərin - Çinin "Huawei”, "Oppo” və "Vivo” kimi brendlərinin güclənməsi ilə izah olunur. Ötən ilin nəticələrinə görə, bu şirkətlər aparıcı smartfon brendlərinin reytinqində 3-5-ci yerləri tutublar. "Apple” şirkətinin smartfon bazarındakı payı isə 15,3% təşkil edib. Bununla belə, smartfonların top onluq siyahısında Çinin daha 4 şirkəti ("Xiaomi”, "Lenovo”, "TCL” və "ZTE”) qərarlaşıb.

"TrendForce”in məlumatına görə, sözügedən ölkənin smartfon istehsalçıları ötən il 629 mln. smartfon istehsal edərək "Samsung” və "Apple” şirkətlərinin ümumi göstəricilərini (519 mln.) ötüblər.

Bununla belə, analitik şirkətin proqnozuna görə, dünyada 2017-ci il üzrə smartfon istehsalının həcmi 1,46 milyarda yaxınlaşacaq. Bu zaman bazarın lideri olan "Samsung” çətinliklər yaşayacaq və payını bir qədər də itirəcək (şirkətin payının 22,6%-ə düşəcəyi gözlənilir). 

Tədqiqat reytinqində 6-cı yeri tutan "LG”nin nəticələri də ətraflı araşdırılıb. Bu şirkət ötən dövr ərzində smartfon istehsalını yalnız 10% (75 mln. ədəd) artıra bilib.

Mənbə: Report

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol