• $
  • €
  • ₽
  • ₺
  • £

“Samsung Galaxy S8” smartfonunda süni intellekt sistemindən istifadə ediləcək

“Samsung Galaxy S8” smartfonunda süni intellekt sistemindən istifadə ediləcək
31.01.2017 21:16
"Venturebeat” nəşri və "Twitter” şəbəkəsində təqdim olunmayan yeni məhsulların fotoşəkil və xarakteristikalarını dərc edən məşhur bloger Roland Kaundt "Samsung” şirkətinin martın 29-da təqdim edəcəyi "Galaxy S8” smartfon modeli haqqında ətraflı məlumat verib.

"ICTnews” Elektron Xəbər Xidməti "Macdigger” resursuna istinadən yazır ki, blogerin məlumatına görə, "Galaxy S8” "Bixby” süni intellekt sistemi ilə təchiz ediləcək. Məsələn, Cənubi Koreya şirkəti "LinkedIn” saytında "Galaxy S8” üçün süni intellektin daha da təkmilləşdirilməsi üçün əməkdaş axtarması ilə bağlı elan yerləşdirib.

Tərtibatçıların bəyanatına görə, "Bixby” səsli köməkçi funksiyası rəqibləri (Siri və Google Assistant) ilə müqayisədə daha mürəkkəb sorğuları emal edə biləcək. Müxtəlif proqram təminatı və servislərlə sıx inteqrasiya oxşar texnologiyaların inkişafına xidmət edə bilər.

Bundan əvvəl istehsalçı "Galaxy S8” smartfonunun "MWC 2017” sərgisində nümayiş edilməyəcəyini bəyan edərək bunun üçün martda ayrıca tədbirin keçiriləcəyini açıqlayıb. Yeni qurğunun bu ilin aprelində satışa çıxarılacağı gözlənilir.

Qeyd edək ki, yanvarın əvvəlində "Samsung” "təsadüfən” "Bixby” sisteminin "Samsung Pay” ödəniş servisi ilə işləyə biləcəyini təsdiq edib. Bundan sonra məlum olub ki, səsli köməkçi funksiyası smartfon kamerasının gördüyü obyekt və mətnləri tanıyacaq. Şayiələrə görə, "Galaxy S8” korpusunda "Bixby”dən istifadə üçün ayrıca düymə quraşdırılacaq.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol