• $
  • €
  • ₽
  • ₺
  • £

“Selfly” qurğusu smartfonu drona çevirir

“Selfly” qurğusu smartfonu drona çevirir
31.01.2017 18:12
Dünya müasir qurğular bazarına kiçik yüksəklikdə smartfon ilə ön tərəfdən fotoşəkillər çəkməyə imkan verən yeni "Selfly” qurğusu çıxarılıb. "Selfly”, həmçinin qurğu üçün müasir pilotsuz uçan aparat rolunda çıxış edir.

"ICTnews” Elektron Xəbər Xidməti "DNI24” resursuna istinadən yazır ki, "Selfly” "Full HD” formatında çəkiliş edən 8 meqapikselli kamera ilə təchiz edilib. Qurğunun əsas çatışmazlığı batareyasının zəif olmasındadır. Akkumulyatorun enerjisi ən yaxşı halda 10 dəqiqəlik iş üçün kifayət edir. Mütəxəssislərin yeni qurğunun kompaktlığına xüsusi diqqət yetirməsi sayəsində onu asanlıqla smartfon üçün çexola çevirmək mümkündür. "Selfly”ı drona çevirmək üçün onu istifadə olunan qurğudan çıxartmaq tələb olunur. Yeni qurğu yaradıcılarının fikrincə, "Selfly” kiçik yüksəklikdə "selfie” və ya qeyri-adi fotoşəkillər çəkməyi sevən bütün istifadəçilərin xoşuna gələcək.

Yeni aparat mahiyyət etibarilə son bir neçə ildə böyük populyarlıq qazanan "selfie” çubuqlarının alternativi hesab olunur.

Məlumata görə, akkumulyator batareyasının tutumu 630 milliamper/saat təşkil edir. Çox rahat olan çexol ekran ölçüsü 6 düymədək olan qurğular üçün uyğundur. Yeni qurğunun qiymətinin 80 dollar təşkil edəcəyi gözlənilir.
 

 




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol