• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibinin arxasınca gedən robot hazırlandı

Sahibinin arxasınca gedən robot hazırlandı
29.05.2020 10:20
"Vespa” skuterlərinin istehsalçısı İtaliyanın "Piaggio” konserni 18 kq-dək ağırlığında yükü daşımaq qabiliyyətinə malik öz-özünü tarazlayan "Gita” adlı ikitəkərli yükdaşıyan robot düzəldib. Bundan başqa, bu robot istifadəçini izləmək qabiliyyətinə də malikdir.

"ICTnews” Elektron Xəbər Xidməti "techcult.ru” saytına istinadən yazır ki, baraban formasında olan "Gita” robotunun diametri 66 sm-dir, hərəkət zamanı sıfır döngə radiusuna malikdir və saatda 35 km/saat sürətlə hərəkət edə bilir. Ancaq sahibini izləyən zaman öz sürətini onun hərəkət sürətinə uyğunlaşdırır.

Robotun sözəbaxan "davranış”ının sirri kamera ilə təchiz edilmiş xüsusi ağ qayışla izah edilir. İdarəetmə sistemi "SLAM” ("Simultaneous Localization and Mapping”) texnologiyasına əsaslanır. Sözügedən texnologiya robotun istifadəçi ilə birgə hərəkəti zamanı çəkilən nöqtələrdən üçölçülü xəritə yaradır.

Bundan başqa, robot "3D” xəritənin köməyi ilə müəyyən rayonun ərazisindən keçməklə istifadəçini izləyərkən özü sərbəst geri qayıda bilər.

"Gita” robotunun kameraları ultrasəs məsafəölçəni ilə yanaşı, həmçinin maneələrdən xəbərdarlıq sistemi ilə təchiz edilib. Üç saatlıq enerjidoldurma robotun 8 saatlıq sürətli hərəkəti üçün kifayətdir.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol