• $
  • €
  • ₽
  • ₺
  • £

Ərəblər Gürcüstanda şəhər salacaq

Ərəblər Gürcüstanda şəhər salacaq
08.02.2017 09:40
Ərəblər Gürcüstanda kiçik şəhər tikəcəklər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə bu gün jurnalistlərə açıqlamasında "Salim Ali Al Şamsi Real Estate” (BƏƏ) şirkətinin meneceri Əkbər Qureşi bildirib. Onun sözlərinə görə, layihə Gürcüstanın "Ventures & Investment” şirkəti ilə birgə həyata keçiriləcək.
 
Məlumata görə, yeni şəhərin Saquramoda salınmağı planlaşdırılır: "Tikinti üçün 35 ha torpaq sahəsi ayrılıb. Burada yaşayış evləri, dörd ulduzlu otel, fərdi villalar, restoran və kafelər, tibb mərkəzi, ticarət, idman və digər obyektlər tikiləcək. Şəhər tikilişində istirahət parkı və səadət sarayı da tikilməyi nəzərdə tutulub. Hazırkı mərhələdə tikinti şirkətləri üçün tender elan olunub və qələbə əldə edən şirkət bir neçə aydan sonra işə başlayacaq”, - deyə menecer bildirib.

 
Şirkət meneceri jurnalistlərə açıqlamasında 5 min əhalisi olan kiçik şəhərin tikintisinin 4 il ərzində həyata keçiriləcəyini və 2020-ci ildə başa çatacağını qeyd edib.
 
Qeyd edək ki, "Salim Ali Al Şamsi Real Estate” (BƏƏ) şirkəti 1990-cı ildə təsis edilib və Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı başda olmaqla layihələr həyata keçirir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol