Qeyri-adi qəza: Avtobus təyyarəyə çırpıldı

İstanbulun Atatürk hava limanında sərnişinləri daşıyan avtobus "Türk Hava Yolları”nın təyyarəsi ilə toqquşub.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, Qaziantep-İstanbul aviareysini həyata keçirmiş təyyarə park edildikdən sonra sərnişinləri aparmağa gələn avtobus hava gəmisinin ön hissəsinə çırpılıb.
Hər hansı xəsarət qeydə alınmasa da, nəqliyyat vasitələrinə zərər dəyib.
www.ann.az
























