Türkiyənin Mərkəzi Bankının 36 əməkdaşı həbs edilib

ANN.AZ/ Türkiyə Mərkəzi Bankının 36 əməkdaşı həbs olunub.
"ANN” Haber7-yə istinadən xəbər verir ki, onları Ankara təhlükəsizlik İdarəsinin Maliyyə Şöbəsi həbs edib.
Onlar Fətullahçı Terror Təşkilatının (FETÖ) istifadə etdiyi "ByLock” kömpüter proqramından istifadə etməkdə şübhəli bilinirlər.
Məlumata görə, FETÖ üzvləri bir-biri ilə bu proqram vasitəsi ilə əlaqə saxlayırlar.
www.ann.az
























