Tanınmış opera müğənnisi vəfat edib

İsveçdə Rusiya əsilli məşhur tenor Nikolay Qedda 92 yaşında dünyasını dəyişib.
Nikolay Qedda 1925-ci ildə Stokholmda dünyaya gəlib. Onun anası İsveç, atası isə rus köklərinə malik olub.
www.ann.az
ANN.Az "Report"a istinadən bildirir ki, bu barədə "France Musique" məlumat yayıb.
Onun repertuarında 70 rol var idi. Müğənnini XX əsrin ən böyük tenorlarından biri adlandırırlar.
www.ann.az
























