• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni əsgər anaları nazirliyin binasına hücum çəkdilər

Erməni əsgər anaları nazirliyin binasına hücum çəkdilər
11.02.2017 18:01
İrəvanda cəbhədə öldürülmüş erməni əsgərlərin anaları Müdafiə Nazirliyinin binasına hücum çəkiblər.

ANN.Az baku.ws-ə istinadən xəbər verir ki, Ermənistan mətbuatının verdiyi xəbərə görə, əsgər anaları yeni müdafiə naziri Viqen Sarkisyan ilə görüşmək məqsədilə nazirlik binasının arxa girişində toplaşaraq müdafiə şöbəsinin müdirinin kortejini dayandırmağa cəhd göstəriblər. Bu zaman cəbhədə həlak olmuş Valeri adlı əsgərin anası Nana Muradyanın səhhəti pisləşib və bu səbəbdən də təcili tibbi yardım çağırılıb.
 
Nana Muradyan jurnalistlərə bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri onu vurub, üzünə tüpürərək onu "bomj" adlandırıb. Daha sonra yaxınlıqda olan polis avtomobilinə tərəf sürüyərək onu polis bölməsinə aparmaqla hədələyiblər. Qadını yalnız baş polis məmuru gəldikdən sonra buraxıblar. Muradyanın sözlərinə görə, insidentdən sonra qadından ərazini tərk etməsini tələb ediblər.
 
Qeyd edək ki, erməni əsgər anaları tez-tez Müdafiə Nazirliyi binası önünə toplaşaraq cəbhədə öldürülmüş oğullarına görə rəhbərlikdən hesab tələb edirlər. Aprel əməliyyatları və son günlər ordumuzun cəbhədə ermənilərə sarsıdıcı zərbələr vurmasından sonra bu hal daha da artıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol