Tbilisidə İnterpol əməkdaşı yaralanıb

Bu gecə naməlum şəxslər Tbilisinin mərkəzində avtomobili atəşə tutublar.
ANN.Az xəbər verir ki, bu barədə Trend Gürcüstan mətbuatına istinadən məlumat verir.
Məlumata əsasən, avtomobildə bir neçə nəfər, o cümlədən İnterpolun Tbilisi bürosunun əməkdaşı olub.
"Rustavi-2” telekanalı xəbər verir ki, "BMW” markalı "cip” Şatberaşvili küçəsində atəşə tutulub, nəticədə İnterpol əməkdaşı xəsarət alıb.
Hadisə barədə hələlik rəsmi məlumat yayılmayıb.
www.ann.az
























