CNN dayandırıldı

Venesuela hakimiyyətinin qərarı ilə ölkədə ABŞ-ın CNN telekanalının ispan dilindəki versiyası olan CNN Espanol-un yayımı dayandırılıb.
Səbəb telekanalda venesuelalı diplomatların terrorçulara pasport satmaları ilə bağlı reportajdır.
ANN.Az El Mundo-ya istinadən bildirir ki, Venesuelanın Milli Telekommunikasiya Komissiyasının (CONOTEL) yaydığı bəyanata görə, "CNN Espanol Venesuelada stabillik, sülh və demokratiyanı təhdid edir".
CNN Espanol fevralın 6-da yaydığı xəbərdə venesuelalı diplomatların İraqdakı səfirlik vasitəsilə Yaxın Şərqdəki bir neçə terrorçuya pasport satdıqlarını iddia etmişdi.
www.ann.az
























