Daha 74 miqrantın cəsədi aşkarlanıb

Liviyanın Aralıq dənizi sahilində 74 miqrantın cəsədi aşkarlanıb, bu barədə "Associated Press” məlumat yayıb.
Qızıl Aypara Cəmiyyəti cəsədlərin Əz-Zaviyə şəhərinin sahillərində tapıldığını vurğulayıb.
Sahil boyu daha 74 cəsəd aşkarlanıb. Bundan əlavə dənizdə meyitlərin olduğu qeyd edilib.
Faciənin hansı şəraitdə baş verdiyi hələki məlum deyil.
www.ann.az
























