• $
  • €
  • ₽
  • ₺
  • £

Yerin və Günəş sisteminin əkizləri TAPILDI - FOTOLAR

Yerin və Günəş sisteminin əkizləri TAPILDI - FOTOLAR
29.05.2020 02:11
ABŞ-ın Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) dünən keçirdiyi mətbuat konfransında sensasion açıqlama ilə çıxış edib. Amerikalı astronomlar Günəş sistemindən kənarda, "Trappist-1" ulduzunun ətrafında 7 ekzoplanetin dövrə vurduğunu bəyan ediblər.

ANN.Az CBS-ə istinadən bildirir ki, bu, unikal haldır. Alimlər ilk dəfədir ki, Günəş sistemindən kənarda ulduz ətrafında fırlanan bu qədər planet aşkarlayıblar.
 
 




Astronomların araşdırdıqları ulduz qırmızı cırtdanlar sinfinə daxildir. Belə ulduzlar kiçik və soyuq obyektlərdir.

Tarixdə ilk dəfədir ki, ölçüləri Yerlə müqayisə ediləcək 7 planet aşkarlanıb. Həmin planetlərdən üçündə suyun olduğu istisna deyil. Bundan başqa, həmin planetlərdə yaşam da mümkündür.

Sözügedən ekzoplanetlərdən biri Yerə bənzəməklə yanaşı, planetimizlə təxminən bənzər temperatura malikdir.

Başqa planetlərdə həyat axtarışı alimlər üçün praktiki olaraq mümkünsüz məsələdir, çünki hər hansı səma cisminin yaşama yararlı olub-olmadığını sadəcə, törəmə təzahürlər vasitəsilə müəyyənləşdirmək olar.

Məsələn, atmosferin analizi orada oksigen, metan və suyun olub-olmadığını göstərir. Lakin bu əlamətlər də planetin yaşama yararlı olduğunu təmin etmir.

Buna rəğmən, "Trappist-1" ulduzunun ətrafında ekzoplanetlərin aşkarlanması elmdə sensasiya sayılır.

"Kiçik planetlərdə təkamülün öyrənilməsi üçün bu sistem ən yaxşı laboratoriya sayıla bilər", - tədqiqat iştirakçılarından biri, Kolorado Universitetinin astronomu Zaxari Berta-Tompson deyib.
 
 
 




Amerikalı alimlər bu planetlərin atmosferinin və kütləsini öyrənilməsinə başlayıblar. Dəqiq nəticələr əldə etmək üçün NASA Çilidəki Atakama səhrasında 4 əlavə teleskop inşa edəcək.

Alimlər hesab elirlər ki, "Trappist-1" ulduzunun ətrafındakı ekzoplanetlər hətta fantastların ağlına belə gəlməyən aləmləri aşkarlaya bilər. Önəmli sonuclar 5 il sonra əldə ediləcək.

NASA-nın elmi missiyalar departamentinin baş direktorunun müavini Tomas Surbyuhenin sözlərinə görə, Günəş sistemindən kənarda ikinci Yerin tapılması artıq zaman məsələsidir.
 
 




NASA-nın Vaşinqtondakı mənzil-qərargahında keçirilmiş mətbuat konfransının iştirakçısı, Fransanın Lyej Universitetinin professoru Mişel Giyonun sözlərinə görə, yeni ekzoplanetlər "Trappist-1" ulduzuna çox yaxın yerləşir və Yupiterin təbii peyklərini xatırladır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol