Pakistanda daha bir partlayış: 6 ölü

Pakistanın Lahor şəhərində partlayış olub.
ANN-in məlumatına görə, hadisə nəticəsində 6 nəfər ölüb, 15-dən çox şəxs xəsarət alıb.
İlkin məlumata əsasən, partlayış səhər saatlarında ofisdə baş verib, binanın bir hissəsi dağılıb.
Partlayışın gücündən yaxınlıqdakı binaların pəncərə şüşələri qırılıb.
Polis səbəbi araşdırır.
www.ann.az
























