Yəmənin cənub-qərbində partlayış olub, səkkiz nəfər ölüb

Terrorçu-kamikadze bomba yüklü avtomobili yerli polislərin yaxınlığında partladıb.
ANN.AZ/ Yəmənin cənub-qərbində partlayış olub. "ANN" ərəb KİV-inə istinadən xəbər verir ki, partlayış səhər saatlarında Zincibar şəhərində baş verib.
Terrorçu-kamikadze bomba yüklü avtomobili yerli polislərin yaxınlığında partladıb. Nəticədə səkkiz nəfər, o cümlədən mülki vətəndaşlar həlak olub.
www.ann.az
























