• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynalılar Türkiyə turizmini canlandıracaq

Ukraynalılar Türkiyə turizmini canlandıracaq
25.02.2017 14:13
İki ölkə arasında yeni anlaşma Türkiyənin turizm sektoru üçün yeni ümid mənbəyidir

Türkiyə bu ilin yay mövsümündə ukraynalı turistləri qarşılamaq üçün hazırlıq tədbirlərinə başlayıb. "Report"un "Haberler.com" saytına istinadən verdiyi xəbərə görə, Türkiyənin turizm sektorunun bu hazırlıq tədbirlərinə Ukrayna xarici işlər naziri Pavlo Klimkin və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında viza rejminin sadələşdirilməsinə dair imzalanacaq sənəd təkan verib.

Qeyd edək ki, Türkiyə ilə Ukrayna arasında müvafiq sənəd imzalanacağı təqdirdə, hər iki ölkənin vətəndaşları sadəcə ümumvətəndaş (xarici) pasportu ilə səyahət edə biləcəklər. Məsələ ilə bağlı hətta M.Çavuşoğlu bildirib ki, bu anlaşma Türkiyə turizmində canlanmaya səbəb olacaq.

"Ukrayna ilə imzalanacaq sənəd olduqca önəmlidir. Ukrayna əhalisinin ancaq 30%-nin xarici pasportunun olduğunu nəzərə alsaq, bu fakt Ukraynın ən müxtəlif regionlarından Türkiyənin turizm kurort məkanlarına daha çox turist cəlb etməyə imkan verəcək", - deyə M.Çavuşoğlu qeyd edib.

Rəsmi rəqəmlərə görə, Türkiyənin ən məşhur kurort zonalarından sayılan Kəmərdə 372 turizm obyektində 46 796 otaq və 102 237 yataq yeri var.

Qeyd edək ki, ötən il Ukraynadan Antalyaya 500-550 min turist gəlib. Rusiya ilə Türkiyə arasında yaranan siyasi gərginlikdən sonra Ukrayna bazarı Türkiyə üçün daha çox əhəmiyyət daşımağa başlayıb.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol