• $
  • €
  • ₽
  • ₺
  • £

İranda azərbaycanlı sahibkarlara güzəştlər təklif edilir

İranda azərbaycanlı sahibkarlara güzəştlər təklif edilir
02.03.2017 15:10
Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Məşhəd şəhərinin icra başçısının  investisiya və əməkdaşlıq şöbəsinin sədri Məhəmmədrza Məzci deyib. O deyib ki, Məşhəd şəhərinin icra orqanı bu müqəddəs şəhərdə hotel tikmək istəyən azərbaycanlı iş adamlarına xüsusi güzəştlər təklif edir: "Onlara torpaq sahəsi ayrılacaq və tikinti üçün icazə veriləcək”.
 
M.Məzci deyib ki, azərbaycanlı iş adamları bu təklifdən yararlanaraq Azərbaycandan Məşhəd şəhərinə ziyarətə gələn zəvvarların rifahını təmin etmək və onlara xidmətin daha yüksək səviyyədə göstərilməsini təmin edə bilər: "Azərbaycanlı iş adamlarına torpaq sahəsinin ayrılması, tikinti icazəsi, Məşhəd şəhər icra hakimiyyətinin hotel tikintisi aparan iş adamları ilə şərik olması və digər bu kimi güzəştlər olacaq. Belə olduğu halda  tikinti aparmaq istəyən iş adamları yalnız tikintiyə vaxt ayıracaq. 

İcazə və torpaq üçün vaxt itirməyəcək.”
 
Bundan əlavə, azərbaycanlı sahibkarlar icra orqanı ilə şərik ola bilər və iş adamı icra orqanının payını istəsə, bu pay sonradan ona satıla bilər.
 
M.Məzci Naxçıvan-Məşhəd dəmir yolunun əhəmiyyətindən də danışıb. Onun fikrincə, dəmir yollarının birləşdirilməsi Azərbaycan və İranın xeyrinə olacaq: "Ötən illərin təcrübəsi göstərib ki, Məşhəddə davamlı və inkişaf etməkdə olan iqtisadi potensial var. Bu proses getdikcə artmaqdadır. Əlbəttə, Məşhəd şəhəri də bu əlaqələrdə mənfəət qazanacaq”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol