Çin Aya astronavt göndərmək üçün gəmi yaradır

Hazırlanacaq gəmidən bir neçə dəfə istifadə etmək mümkün olacaq
Çin mühəndisləri 4 astronavtın Aya göndərilməsi üçün idarə oluna bilən gəminin yaradılması üzərində işləyirlər.
Çinlilərin fikrincə, hazırlanan nəqliyyat vasitəsini bir neçə dəfə istifadə etmək mümkün olacaq.
Çjan Baynan bildirib ki, hazırda idarə oluna bilən xarici gəmilər beynəlxalq kosmik stansiyaya 6-ya qədər astronavt göndərə bilirlər. Aya eniş üçün bu rəqəm 3-4 nəfərə qədər azalır. Gəmi yaradıcılarının planı beynəlxalq kosmik stansiyaya astronavt göndərmək üçün istifadə olunan qabaqcıl gəmilərdən geri qalmayan kosmik aparat ərsəyə gətirməkdir.
www.ann.az
























