Kabildə hərbi hospitala hücum nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB

Kabildə hərbi hospitala hücum nəticəsində ən azı bir xəstə və bir hospital əməkdaşı ölüb.
ANN-nın "Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hərbi hospitala hücum edənlər ağ həkim xələtində olublar.
Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ səfirliyi yaxınlığında yerləşən hərbi hospitalda əvvəlcə güclü partlayış olub, sonra atışma başlayıb. Yerli mətbuat 4 silahlının hospitala daxil olduğunu, beşinci silahlının hospitalın giriş qapısında üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partlatdığını yazıb.
Hələ hücuma görə heç bir silahlı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Bu gün səhər saatlarında Əfqanıstan paytaxtında güclü partlayış olub.
ANN-nın "Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış ABŞ səfirliyi yaxınlığındakı hərbi hospitalda olub.
Partlayışdan sonra atışma olub. Partlayış nəticəsində ölü və yaralıların olub-olmadığı barədə hələ məlumat verilmir.
www.ann.az
























