• $
  • €
  • ₽
  • ₺
  • £

Boliviya prezidenti daha çox koka istəyib

Boliviya prezidenti daha çox koka istəyib
09.03.2017 13:30
Boliviya prezidenti Evo Morales mübahisələrə səbəb olan qanun layihəsi imzalayıb.

ANN.Az xəbər verir ki, qanun layihəsi ölkədə mövcud olan koka sahələrini təxminən iki dəfə artırılmasına - 12 mindən 22 minə çatdırılmasına imkan verir.  

Müxalif deputatlar bu qanunu konstitusiyaya zidd hesab edirlər, belə ki, qanun beynəlxalq danışıqları pozur.

Koka sahələrinin genişləndirilməsinin əksinə olanlar, bu addımın, həmçinin qanunsuz narkotik alverinə vasitəçi olacağına dair xəbərdarlıq da ediblər. 

Əvvəllər fermer olan və koka kolları yetişdirən Morales bütün iddiaları təkzib edib.  

Koka – Andda yetişdirilən bitkidir. Ondan ənənəvi təbabətdə istifadə edirlər. Kokanın yarpaqları gümrahlaşdırıcı effekt, eləcə də aclığı, susuzluğu, ağrını azaldır və yorğunluğu aradan qaldırır.  

Kokadan kimyəvi emal yolu ilə kokain də əldə edirlər, bu dünyada ən məşhur narkotik vasitədir. Koka yarpaqları BMT-nin 1961-ci ildə narkotik vasitələrə dair Konvensiya ilə qanunsuz elan edilib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol