Rusiyalı model Bəhreyndə itib

Rusiyanın Bəhreyndəki səfirliyi rusiyalı model Mariya Sazanovanın itkin düşməsi faktını araşdırır. Trend-in məlumatına görə, M.Sazanova bu ölkədə model fəaliyyəti ilə məşğul olmaq üçün bura səfər edib. Artıq 1 həftədir onunla əlaqə saxlamaq mümkün olmadığı üçün itkin düşməsi haqqında xəbərlər yayılıb.
Rusiyanın Manamadakı səfiri Vaqif Qarayev bildirib ki, səfirlik bu insidenti gündəmdə saxlayır və fakt araşdırılır.
www.ann.az
























