Ruhani prezident seçkilərində YENƏ namizədliyini irəli sürəcək

İran prezidenti Həsən Ruhani ikinci dəfə də prezident seçkilərində öz namizədliyini irəli sürəcək. Trend-in məlumatına görə, bu barədə İranın vitse-prezidenti Akbar Torkan məlumat verib.
Qeyd edək ki, İranda prezident seçkiləri bu ilin may ayına planlaşdırılıb.
İranda prezidentin səlahiyyət müddəti 4 ildir.
www.ann.az
























