Rusiyada turistlər qar uçqununa düşüb

Rusiya Federasiyasının Buryatiya Respublikasında 4 nəfərdən ibarət turist qar uçqununa düşüb.
ANN-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb.
Turistlərin İrkutsk vilayətindən gəldiyi bildirilir. İlkin məlumata əsasən, ölən şəxs Fransa vətəndaşıdır.
Yerli hüquq-mühafizə orqanları məlumatı hələ ki, şərh etmir.
www.ann.az
























