• $
  • €
  • ₽
  • ₺
  • £

İraqın baş naziri ABŞ prezidenti ilə görüşəcək

İraqın baş naziri ABŞ prezidenti ilə görüşəcək
13.03.2017 23:59
Heydər əl-İbadi Birləşmiş Ştatlara səfər edəcək.

"İŞİD hər gün İraqda yenilir. İraq hərbçiləri koalisiya qüvvələrinin dəstəyi ilə 50 min kvadratkilometrədək ərazini terrorçulardan azad edib".

"ANNt" "Habertürk"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın İŞİD-lə mübarizə koalisiyasının xüsusi nümayəndəsi Brett MakQark Birləşmiş Ştatların İraqın paytaxtı Bağdad şəhərindəki səfirliyində jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, İŞİD-in bir zamanl işğal etdiyi ərazilərin yarıdan çoxu geri qaytarılıb. "Koalisiya qüvvələrinə aid təyyarələrlə edilən hücumlarla İŞİD-in rəhbər heyətindən 180 nəfər öldürülüb. Qruplaşmanın yardım yolları kəsilib və xarici döyüşçülərin axışına maneə törədilib" – deyə o əlavə edib.

Brett MakQarkın sözlərinə görə, İŞİD mühasirədədir və onun yenilməsi an məsələsidir. İraqa dəstəyin ABŞ-ın milli təhlükəsizliyinin əsas məsələlərindən olduğunu söyləyən MakQark "İraq ilə əlaqələrimiz davam edəcək" – deyə vurğulayıb.

ABŞ təmsilçisi həmçinin vurğulayıb ki, İraqın baş naziri Heydər əl-İbadi Birləşmiş Ştatlara səfər edəcək və prezident Donald Trampla görüşəcək. MakQark bunun "tarixi ziyarət" olacağını qeyd edib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol