• $
  • €
  • ₽
  • ₺
  • £

Mart ABŞ-a dərd gətirdi: qar, boran, tufan - FOTO

Mart ABŞ-a dərd gətirdi: qar, boran, tufan - FOTO
14.03.2017 16:20
ABŞ-ın şimal-şərqindəki bir neçə ştatda güclü qar gözlənilir. Qar örtüyünün 30 sm-ə çatacağı ehtimal edlilir.

ANN.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Milli Metereologiya Xidməti Nyu-Yorkda, Nyu-Cersinin şimalında və Konnektikutun cənubunda güclü qarın gözlənildiyini bəyan edib.

Meteoroloqların dediklərinə görə, Nyu-Yorkda 30-45 sm qar yağa bilər. Sürəti 65-80 km/saata çatacaq güclü külək istisna deyil.

Nyu-Yorkun meri Bill de Blazio şəhər sakinlərini ciddi zərurət olmadan avtomobillərin sükanı arxasına əyləşməməyə, xilasetmə və sanitar xidmətlərin maşınları üçün boş yolları təmin etməyə çağırıb.

"Çərşənbə axşamı güclü qar və boran ola bilər. Nyu-York sakinləri qara və yollarda çətin vəziyyətə hazır olsunlar", - mer deyib.

Dünən gecə başlanan qar bu gün səhər saatlarında güclənib. Qarın intensivliyi saatda 50-10 sm-ə çatıb.

Bostonda qar örtüyünün qalınlığının 30-45 sm-ə, Massaçusets ştatının şimal-şərqindəki bəzi bölgələrdə isə 60 sm-ə çatacağı ehtimal edilir.

Filadelfiya şəhərinə də güclü qar yağıb. Axşam saatlarına qədər qar örtüyünün qalınlığı 30 sm-ə çata bilər.

Amerikalıların milli bayramlarından olan Milli Albalı Çiçəyi Festivalına hazırlaşan Vaşinqtonda 15-25 sam qar gözlənilir.

Halbuki, ötən həftə regionda havanın orta statistik temperaturu +15 idi.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol