• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada 8 marta planlaşdırılan terror aktının qarşısı alınıb

Moskvada 8 marta planlaşdırılan terror aktının qarşısı alınıb
15.03.2017 13:30
Moskvada xüsusi xidmət əməkdaşları martın 8-də bayram gəzintisi zamanı həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısını alıblar. 

Oxu.Az xəbər verir ki, bu barədə güc strukturlarının birində olan mənbəyə istinadən "İsvestiya” qəzeti məlumat yayıb. 

Nəşrin məlumatına görə, İstanbuldan gələn Tacikistan vətəndaşı İzəttilo M.-nı Moskva aeroportlarının birində yoxlamaq üçün saxlayıblar. Deportasiya ediləcəyini və vətənə qayıtdıqdan sonra ömürlük həbsə məhkum olacağını anlayan şəxs telefonunu sındırmağa çalışıb. Daha sonra qayçı götürərək boğazına batırıb. Xüsusi xidmət əməkdaşları onu tutublar. Tacikistan vətəndaşı xəstəxanaya çatdırılıb. Onun Suriyada döyüşdüyü məlum olub.  

"İstintaq əməliyyatı zamanı Tacikistan vətəndaşı Moskvaya terror aktı törətmək üçün gəldiyini bildirib. O, 8 mart bayramında tədbirlər zamanı özünü partlatmağı planlayırdı”, - qəzet məlumat yayıb. 

Hüquq-mühafizəçiləri hazırda terrorçunun əlbirlərini axtarırlar. Nəşrin məlumatına görə, partlayıcı qurğunu ona Moskvada verməli idilər. Bütün lazımi informasiyanı aldıqdan sonra xüsusi xidmət orqanı əməkdaşları İzəttilo M.-nı öz tacik həmkarlarına təhvil veriblər. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol