Türkiyə gəmisi batdı

Liviya sahillərində Türkiyəyə məxsus yük gəmisi batıb.
ANN.az xəbər verir ki, bu haqda AFR agentliyinə Liviya donanmasının sözçüsü Ayoub Kassem bildirib.
Gəmi heyətinin 6 üzvü xilas edilib, 7 nəfərin isə itkin olduğu bildirilir. Hadisə Misrata limanının bir neçə kilometrliyində baş verib.
www.ann.az
























