İsveçin müdafiə nazirinin təyyarəsi evakuasiya edilib

Partlayış təhlükəsi barədə xəbər doğru çıxmayıb.
ANN.AZ/ Göyərtəsində İsveçin müdafiə naziri Piter Hultkvistin də olduğu təyyarənin sərnişinləri partlayış təhlükəsinə görə, evakuasiya edilib.
"ANN" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən gecə İsveçin Luleo şəhərindəki hava limanında meydana gəlib.
Təyyarə artıq uçuş-enmə zolağında olarkən və uçmağa hazırlaşarkən onu saxlayıblar və sərnişinlər təxliyyə edilib. Sərnişinlər arasında İsveç müdafiə naziri də olub.
Sonradan polis partlayış təhlükəsi barədə xəbərin doğru olmadığını bildirib.
www.ann.az
























