Parisdə hava limanında hərbçilərə silahlı hücum olub

Həmin şəxs hadisə yerində zərərsizləşdirilib.
ANN.AZ/ Fransanın paytaxtı Parisdə Orli hərbi hava limanında xidməti vəzifəsini yerinə yetirən hərbçilərə naməlum silahlı şəxs hücum etməyə səy göstərib.
"ANN” TASS-a istinadən xəbər verir ki, təkbaşına fəaliyyət göstərən kişi hərbçilərə hücum edib. O, hərbçilər tərəfindən hadisə yerində zərərsizləşdirilib.
Orli Fransada, o cümlədən Parisdə böyüklüyünə görə, ən böyük hava limanıdır.
Məlumata görə, bu liman Parisdə 20 km cənubda yerləşir.
www.ann.az
























