Moskvada 800 nəfər saxlanılıb

ANN.Az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən RİA-Novosti məlumat yayıb.
"Son məlumata görə, aksiya iştirakçılarından saxlanılanların sayı 800-dən çoxdur”, - mənbə deyib.
Qeyd edilir ki, agentlikdə bu məlumatların rəsmi təsdiqinə dair informasiya yoxdur.
Moskvanın mərkəzində keçirilən aksiya şəhər hakimiyyəti ilə razılaşdırılmamışdı.
Daha öncə Moskvada razılaşdırılmamış aksiya zamanı saxlanılan iştirakçıların sayının 500-dən çox olduğuna dair məlumat yayılmışdı.
www.ann.az
























