• $
  • €
  • ₽
  • ₺
  • £

Coca Colada nəcis tapıldı

Coca Colada nəcis tapıldı
28.03.2017 15:07
Dünyanın ən məşhur brendləridən və korporasiyalarından olan Coca Cola böyük qalmaqalla qarşılaşıb. Səbəb Şimali İrlandiyadakı zavodda baş vermiş hadisədir.

ANN.Az İrish İndependent-ə istinadən bildirir ki, olayı Şimali İrlandiya Polisi (Police Service of Northern Ireland, PSNİ) araşdırır. Cinayət işi qaldırılıb, istintaq gedir.

Hadisə Şimali İrlandiyadakı Nokmer-Hill sənaye zonasında, Ko Antrim bölgəsindəki Lisbern şəhərində yerləşən Coca Cola zavodunda qeydə alınıb.

Almaniyadan gətirilmiş qalay bankaların olduğu konteynerlər zavodun istehsal konveyerinin olduğu sexin anbarına boşaldılıb.

Fəhlələr yükü yoxlayarkən konteynerdəki qutulardan birinə yığılmış bankalarda nəcisin olduğunu görüblər.

"Biabırçılıqdı, murdarlıqdı! Mexanizmləri söndürdük, konveyeri dayandırdıq. Nəcisə bulaşmış qabları təmizləmək 15 saat vaxtımızı aldı. Qalay bankaları adətən Britaniyadan gəlir. Amma bu dəfə bankalar Almaniyadan göndərilmişdi", - zavodun işçilərindən biri deyib.

İlkin təxminlərə görə, bankalarda nəcisin olmasının səbəbkarı Almaniyadan gəlmiş iritonnajlı yük maşınının kuzovuna gizlicə miqrantların girməsi ola bilər. "Görünür, uzun yol qət edən miqrantlar ayaqyolu yeri qismində bankalardan istifadə ediblər. İstənilən halda bu, şok yaradan hadisədir. Bəs yaxşı, hanı o miqrantlar?!" - polis zabitlərindən biri söyləyib.

Coca Cola-nın Şimali İrlandiyadakı zavoduna bankalar qapaqsız gətirilir. Zavodda Coca-Cola içkisi ilə doldurulandan sonra bu bankaların ağzı bağlanır və onlar Şimali İrlandiya ərazisindəki çoxsaylı marketlərə satışa göndərilir.

Polis Nokmor-Hilldəki zavodda araşdırmalara başlayıb.

Coca-Cola da olayın araşdırılmasında PSNİ ilə sıx əməkdaşlıq etdiyini bəyan edib: "Məhsulumuzun keyfiyyəti və təhlükəsizliyi məsələləri bizim üçün həddən ziyadə önəmlidir. Nokmor-Hilldəki insidentdən xəbərimiz var. Baş vermiş hadisə lokal olaydır və hazırda istehsal olunan, satılan məhsullarımıza heç bir halda təsir edə bilməz".

Zavoddakı olayın araşdırlmasına Lisbern və Kastlriq şəhərlərinin şuraları da qatılıblar.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol